İrana məxsus 42 milyon dollarlıq narkotik ələ keçirildi

İrana məxsus 42 milyon dollarlıq narkotik ələ keçirildiABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində 42 milyon dollar dəyərində narkotik keçirməyə çalışan balıqçı gəmisini ələ keçirib.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ donanması məlumat yayıb.

Məlumata görə, ələ keçirilən gəminin dörd ekipaj üzvü özlərini İran vətəndaşı kimi təqdim ediblər.

ABŞ gəmisi qaçaqmalçılara çatmazdan əvvəl onlar 50 kisə narkotiki gəmidən atmağa çalışıblar. Kisələrin bəziləri daha sonra sudan çıxarılıb.

Hərbçilərin məlumatına görə, 2023-cü ilin əvvəlindən ABŞ Hərbi Dəniz Qüvvələri bu bölgədəki qaçaqmalçılardan təxminən 150 milyon dollar dəyərində narkotik maddə ələ keçirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər