Rusiya ordusunu Donetskdən Baxmuta köçürür

Rusiya ordusunu Donetskdən Baxmuta köçürürRusiya qüvvələrini Donetskdən Baxmuta yönləndirir.

Bu barədə Böyük Britaniyanın kəşfiyyat orqanı məlumat yayıb.

"Baxmutda Rusiya Müdafiə Nazirliyinin və "Vaqner"in qüvvələri yavaş-yavaş irəliləməyə davam edir. Şəhərin mərkəzindəki cəbhə xətti əsasən magistral dəmir yolu xəttindən keçir", - məlumatda deyilir.

Eyni zamanda, Britaniya kəşfiyyatının hesabatında qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri şəhərin qərbində əsas yol olan Korsunski küçəsi boyunca cənubdan Rusiya ordusunun hücumlarına qarşı mübarizə aparır.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Murad Mehdizadə

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər