Latviya 10 rusiyalının ölkəyə girişini qadağan edib

Latviya 10 rusiyalının ölkəyə girişini qadağan edibLatviya müxalif rusiyalı siyasətçi Vladimir Kara-Murzanın işi ilə əlaqədar Rusiya Federasiyasının on vətəndaşının ölkəyə girişini qadağan edib.

Bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç "Twitter" səhifəsində yazıb.

“Mən bu qondarma işdə əli olan 10 Rusiya vətəndaşının Latviyaya girişinə qadağa qoymaq qərarına gəldim”, - Rinkeviç deyib.

Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Kara-Murze məhkəməsinin hökmü ilə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini də təklif edib.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı məhkəmənin Kara-Murzaya hökm çıxardığı həbs müddətini şərh etməkdən imtina edib.

Qeyd edək ki, Moskva şəhər məhkəməsi Kara-Murzanı dövlətə xəyanətdə, arzuolunmaz təşkilatlarda iştirakda və Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda təqsirli bilinərək 25 il müddətinə sərt rejimli koloniyaya məhkum edib.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər