İran-Azərbaycan danışıqlarında nisbi uğur əldə olundu

İran-Azərbaycan danışıqlarında nisbi uğur əldə olunduAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında baş tutan 3 telefon danışığı bizi mövcud vəziyyətdən çıxarmağa, iki ölkə arasında gərginliyi azaltmağa, bu istiqamətdə fəaliyyət və atdığımız addımlarla ümumi yanaşmaya aparan müsbət hadisədir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani aprelin 17-də keçirdiyi ənənəvi həftəlik brifinqdə bildirib.

O deyib ki, rəsmi Tehran münasibətlərin idarə olunmasında siyasi-diplomatik yanaşmadan istifadə edib və xoşbəxtlikdən bu prosesdə nisbi uğur əldə olunub.

“Ümid edirik ki, problemlər və anlaşılmazlıqları aradan qaldırıb iki ölkə arasında mehriban qonşuluq siyasətinə əsaslanan əlaqələri təbii və faydalı prosesə çevirəcəyik”, - N.Kənani vurğulayıb.

Onun sözlərinə görə, İran bu istiqamətdə səylərini davam etdirəcək.

Qeyd edək ki, aprelin 14-də C.Bayramovla H.Ə.Abdullahian arasında telefon danışığı baş tutub.

Nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.

Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər