Erməni deputat bayrağımızın yandırılmasına görə ÜZR İSTƏDİ

Erməni deputat bayrağımızın yandırılmasına görəErmənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının üzvü Hovik Ağazaryan İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına görə üzr istəyib.

Avrasiya.net xəbər verir ki, erməni deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və adamyeyən tayfaların spesifik təzahürlərini tamamilə aradan qaldırmaq üçün əlimdən gələni etməmişəm. Ayıb olsun!”, - deyə iqtidar deputatı bildirib.

Qeyd edək ki, ötən gün İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər