“Ukrayna Türkiyədən sonra Avropanın ən qabaqcıl ordusuna sahib olacaq”

“Ukrayna Türkiyədən sonra Avropanın ən qabaqcıl ordusuna sahib olacaq”“Ukrayna Türkiyə Ordusundan sonra Avropada ən böyük və ən qabaqcıl orduya sahib olacaq”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqa Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən seminarda deyib.

Onun sözlərinə görə, Kiyev Avropanın təhlükəsizlik sistemində mühüm rol oynayacaq:

“Bizim Ukrayna ilə bağlı öhdəliyimiz uzunmüddətlidir və biz Kiyevin uzunmüddətli perspektivdə Avropa təhlükəsizlik sistemində oynayacağı rolu tanıyırıq və alqışlayırıq. Türkiyədən sonra Ukrayna Avropanın ən böyük, ən modernləşdirilmiş, ən qabaqcıl ordusuna sahib ola bilər. Biz Ukraynanın müttəfiqləri və tərəfdaşları ilə qarşılıqlı fəaliyyətini təmin etmək istəyirik, ona görə də biz bu ölkə ilə uzunmüddətli tərəfdaşlıqda maraqlıyıq və bu istiqamətdə işləyəcəyik”.

Diplomat qeyd edib ki, Amerika tərəfi hazırda bu məsələ ilə fəal məşğul olur.

Qeyd edək ki, Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ən böyük hərbi potensiala malikdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər