Ermənistan ikinci əsgərimizi də saxladığını elan etdi

Ermənistan ikinci əsgərimizi də saxladığını elan etdiErmənistan ərazisində itkin düşən azərbaycanlı əsgərlərdən ikincisi də tapılıb.

Bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, 13 apreldə Ermənistan ərazisində itkin düşən ikinci azərbaycanlı əsgər tapılaraq saxlanılıb.

Qeyd edək ki, bundan öncə Azərbaycan Müdafiə Nazirliyi iki əsgərimizin Naxçıvanda, Şahbuz istiqamətində duman səbəbindən azdığı haqda məlumat yaymışdı. Bu məlumatdan az sonra Ermənistan MN Zəngəzur (Sünik) mahalının Bnunis kəndində bir azərbaycanlı əsgərin saxlanıldığını, digərinin isə qaçdığını bildirmişdi.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu gün yaydığı məlumatda itkin düşən 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun Ermənistan ərazisində saxlanıldığı ehtimalı nəzərə alınaraq, onların azad edilməsi üçün beynəlxalq təşkilatlara müraciət edildiyi bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər