İran Azərbaycanın 2 vətəndaşını həbs etdi

İran Azərbaycanın 2 vətəndaşını həbs etdiNaxçıvanın Şərur rayonunun 2 sakini - Vüsal Quliyev və Rövşən Seyid martın 18-dən İranda saxlanılır.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumat Ovqat.com-a saxlanılanların yaxınları tərəfindən verilib.

Bildirildiyinə görə, həmin şəxslər xırda ticarətlə məşğuldurlar və İrandan müxtəlif mallar gətirərək Şərurda satmaqla dolanırlar. İranla sərhədlər bağlandıqdan sonra onlar alternativ keçiş yolu axtarıblar və Türkiyədən bu ölkəyə keçmək qərarına gəliblər. Ötən ayın ortalarında Doğu Bəyaziddən İrana keçən bu şəxslər Təbrizə gediblər. Bir neçə gündən sonra onların ailələri ilə əlaqələri kəsilib. Bu yaxınlarda ailələrinə zəng etməyi bacaran vətəndaşlar Təbrizdə həbs olunduqlarını və zindanda saxlanıldıqlarını bildiriblər.

Saxlanılan şəxslərin maşınlarının üzərinə Azərbaycan bayrağı yapışdırdıqları və bu səbəbdən də İran kəşfiyyatının diqqətini cəlb etdikləri bildirilir. Onlar təxribat törətmək məqsədilə İrana gəlməkdə şübhəli bilinirlər. Təxribatlarını “sübuta yetirən” yeganə dəlil isə maşınlarında gəzdirdikləri Azərbaycan bayrağı olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər