Belarusdakı rus təyyarəsini Ukrayna partladıb – Sənəd

Belarusdakı rus təyyarəsini Ukrayna partladıb – SənədUkrayna Təhlükəsizlik Xidmətinin (UTX) agentləri fevralın sonunda Minsk yaxınlığındakı aerodromda Rusiyanın A-50 təyyarəsinə hücumda iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri Pentaqonun sızdırılmış gizli sənədlərinə istinadla məlumat yayıb.

“Fevralın 26-sı səhər saatlarında UTX-nin agentləri Rusiya kəşfiyyat təyyarəsinə hücum ediblər”, - sənədlərdə qeyd olunub.

Nəşr yazıb ki, ABŞ kəşfiyyatı vəziyyəti izləyib və UTX-nin əməliyyatı “tam məxfi” qrifi ilə işarələnib.

ABŞ-ın NBC telekanalı da məxfi sənədlərə istinadla bildirib ki, fevralın 28-də Moskva vilayətindəki qaz kompressor stansiyasına hücumun təşkilatçısı Kiyev olub.

Qeyd edək ki, mart ayında Belarus Prezidenti Aleksandr Lukaşenko Maçulişi aerodromunda Rusiya təyyarəsinə qarşı təxribat törədən Ukrayna casusu və onun 20 şərikinin saxlanıldığını açıqlamışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər