Rusiyanın Ukraynadakı itkiləri 180 mini keçdi
Dərc olunub:
12-04-2023, 11:01
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 730 hərbçisini itirib.
Avrasiya.net "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 180 050 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 2 tank, 5 zirehli döyüş maşını, 5 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Son xəbərlər
