"Ermənistan Qərbi Azərbaycan torpaqlarının işğalı nəticəsində qurulub"
Ermənilər bütün tarix boyu Azərbaycan xalqına qarşı müsibətlər və məşəqqətlər yaşadıblar. Tarix boyu ermənilər Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti yeridib.
Cənubi Qafqaza təsadüf nəticəsində gəlmiş köçəri erməni tayfaları burada özünə birlik yaradaraq Azərbaycan torpaqların qarşı işğalçılıq siyasəti yeridərək qəsbkarlıq edərək məskunlaşmışdır. Sovet hökumətinin anti-Azərbaycan siyasətinin nəticəsi olaraq Azərbaycanın Qərb torpaqları‚ İrəvan‚ Göyçə və Zəngəzur Azərbaycandan zorla alınaraq ermənilərə verilmişdir. Tarixi Azərbaycan torpaqları üzərində qurulan erməni dövləti tarixdə heçbir zaman mövcud olmayıb. Heçbir tarixi mənbə nə zamansa erməni dövlətinin mövcudluğu barədə hər hansı bir məlumatı təsdiq etmir.
1920-ci ildən sonra Sovet hökuməti tərəfindən İrəvan‚ Göyçə və Zəngəzurun ermənilərə verildikdən sonra sünii şəkildə məhz bu adı çəkilən Azərbaycan torpaqlarında erməni dövləti yaradılmışdlr. Bu torpaqlar zorla ermənilərə verildikdən sonra burada yaşayan Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yerildilməyə başlanıldı. Ermənilərin etnik təmizləmə siyasətinin nəticəsi olaraq Azərbaycanlılara qarşı zaman-zaman məşəqqətlər yaşadılmışdır. Müəyyən zaman ərzində buradakı Azərbaycanlılar buradan qovularaq zorla çıxarılmışdır. Sovet hökumətinin sonlarına yaxın isə bu hal daha da intensivləşdi. 1988-ci ildən başlayaraq ermənilər Qərbi Azərbaycanda‚ İrəvan‚ Göyçə və Zəngəzurda yaşayan Azərbaycanlıları etnik təmizləmə siyasəti altında deportasiya edərək məcburi köçürtmə prosesinə başladılar. Ermənilərin bu qəsbkarlıq və barbarlıq siyasəti nəticəsində yüz minlərlə insan öz tarixi torpaqlarından didərgin və məcburi köçkün düşdü. İrəvan‚ Göyçə və Zəngəzurda yaşayan Azərbaycanlılar yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından qaçqın və didərgin oldular. Azərbaycanlılar öz evlərindən zorla çıxarılaraq evləri və torpaqları əllərindən alınaraq qəsb edilmiş‚ bütün haqq və hüquqları tapdalanmışdır.
Artıq Azərbaycanlılar öz tarixi torpaqlarına və evlərinə geri qayıtmalıdır. Ermənistan hökuməti Azərbaycanlıların əllərindən alınan evlərini və torpaqlarını geri qaytarmalıdır. Bu‚ Qərbi azərbaycanlıların beynəlxalq hüquqla haqqıdır.
Rəhim Ağalarov
Rusiya Yəhudi Konqresinin üzvü‚
Rusiya İnşaatçılar Assosiyasiyasının üzvü‚
Beynəlxalq inşaat mühəndisi‚
Rusiya Azərbaycan Konqresinin və Diasporasının fəal üzvü
Son xəbərlər
