Türkiyədə seçkini kim qazanacaq? - Sorğu

Türkiyədə seçkini kim qazanacaq? - SorğuTürkiyədə prezident seçkiləri ərəfəsində seçicilər arasında “Optimar” şirkətinin keçirdiyi sorğunun daha bir nəticəsi elan edilib.

Respondentlərə “Prezident seçkisində kim qalib gələcək” sualı ünvanlanıb.

Sorğunun nəticələrinə görə, seçicilərin 53,4 faizi ölkənin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gələcəyini düşünür. Vətəndaşların 42,1 faiz isə CHP lideri Kamal Kılıçdaroğlunun qalib gələcəyinə inanır.

Seçicilərin 3,6 faizi Məmləkət Partiyasının sədri Məhərrəm İncənin, 0,9 faizi isə Sinan Oğannın qalib gələcəyini ehtimal edir.

Xatırladaq ki, “Optimar” şirkətinin keçirdiyi sorğuda vətəndaşların 45,9%-i Ərdoğana, 43,9%-i isə Kılıçdaroğluna səs verəcəyini bildirmişdi.

Qeyd edək ki, Türkiyədə ümumi parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər