Türkiyədə canavar kəndə hücum etdi - 4 nəfəri yaraladı - FOTO

Türkiyədə canavar kəndə hücum etdi - 4 nəfəri yaraladı -Türkiyədə canavar kəndə hücum edib.

"TRT Haber" xəbər verir ki, hadisə ötən gün saat 09:00 radələrində Ərzurumun Tortum rayonundakı Kireçli kənd məhəlləsində baş verib.

Evindən heyvanları yemləmək üçün tövləyə gedən 6 uşaq anası Destegül Uğurlu canavarla qarşılaşıb. Canavar pnun çənəsini dişləyərək ağır yaralayıb. Qadının "imdad" qışqırması və fəryadına kənd sakinləri yetişib. Qurd köməyə gələnlərdən 3 nəfərə də hücum edərək müxtəlif yerlərindən yaralayıb. Daha sonra kənd sakinləri canavarı ov tüfəngi ilə vuraraq öldürüblər.

Canavarın hücumundan yüngül xəsarətlərlə xilas olan İlhami Akbulut və Vediye Kırmızıaslan xəstəxanada ambulator olaraq müalicə aldıqdan sonra evə buraxılıblar. Çənəsindən ağır yaralanan Destegül Uğurlu və ayağından dişlənən Serdar Aydınlı isə üz-çənə cərrahiyyəsi klinikasında müalicə alıb. Daha sonra onlar da evə buraxılıb.

Canavarın yaraladığı pişik və itlər peyvənd edilib. Quduzluq şübhəsi ilə bağlı canavarın başı Ərzurum Baytarlıq Araşdırma İnstitutuna göndərilib. Qurdda quduzluq olub-olmadığı yoxlanılacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər