"Ermənistan reallıqla barışmalı olacaq"

"Ermənistan reallıqla barışmalı olacaq"Erməni kütləvi informasiya vasitələrində Azərbaycan-Ermənistan sərhədində, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında yayılan xəbər hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməsə də, ancaq erməniləri psixoloji olaraq bu reallığa öyrəşdirmək və hazırlamaq baxımından olduqca əhəmiyyətli xəbərdir.

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması onsuz da çoxdandır gözlənilir. Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifimizi hətta məqbul hesab etməsə də belə, bütün hallarda bu reallıqla barışmalı olacaq.

Sözügedən nəzarət-buraxılış məntəqələri mütləq quraşdırılmalıdır ki, ermənilərin bu yoldan qanunsuz istifadəsinin və üçüncü ölkələrin vətəndaşlarının, rəsmi şəxslərinin, eləcə də diversantlarının bizim ərazilərimizə qanunsuz keçidinin qarşısını almaq mümkün olsun.

10 noyabr üçtərəfli bəyanatının şərtlərini yerinə yetirməkdən yayınan Ermənistanı yalnız bu cür prinsipial addımlarımızla öz öhdəlklərinə əməl etməyə məcbur edə bilərik. Ermənistan tərəfi fakt qarşısında qalanda cığallığından əl çəkir, reallıqla barışır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər