Putinin növbəti hədəfi - Bu ölkəni Rusiyaya birləşdirmək istəyir

Putinin növbəti hədəfi - Bu ölkəni Rusiyaya birləşdirmək istəyirRusiya Ukrayna ordusunun əks-hücumundan əvvəl Qərbdən Kiyevə hərbi yardımın önünü kəsmək üçün yenidən nüvə təhdidlərinə əl atır.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Rusiya müdafiə naziri Sergey Şoyqu Kremlin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını əsaslandıraraq, NATO-nu Rusiya və Belarus sərhədləri yaxınlığında döyüş hazırlığı və kəşfiyyat fəaliyyətini gücləndirməkdə ittiham edib. Nazir Qərb ölkələrinin Ukraynaya hərbi dəstək verməklə müharibəni qızışdırdıqlarını söyləyib.

Rusiya qoşunları cənub istiqamətində Ukraynanın gözlənilən əks-hücumuna hazırlığını davam etdirir. Şoyqunun sözlərinə görə, Rusiyada yaz çağırışı ilə əlaqədar hər şey plan üzrə gedir və ilkin çağırış artıq başa çatıb.

Belarusun roluna gəlincə, amerikalı analitiklər güman edirlər ki, Kreml bu ölkəni İttifaq Dövləti çərçivəsində daha sürətli birləşməyə məcbur etməyə çalışır.

Martın 25-də Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdiriləcəyini açıqlayıb. Bu məqsədlə iyulun 1-dək Belarusda nüvə silahlarının saxlanılması üçün xüsusi anbar tikiləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər