Türkiyə “Patriot” və S-400-dən daha yaxşısını istehsal edəcək

Türkiyə “Patriot” və S-400-dən daha yaxşısını istehsal edəcəkTürkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir mühüm açıqlamalar verib.

Avrasiya.net "TRT Haber"ə istinadən xəbər verir ki, o, ölkəsinin ilk qırıcı təyyarəsinin ən qısa zamanda uçuşa hazır olmasını hədəflədiklərini bəyan edib.

"Bizim təyyarəmiz dünyanın 5-ci nəsil təyyarələri ilə yarışa biləcək. Uçuşa hazır olması 1 il çəkə bilər. Bəzi texniki cəhətlərinə görə F-35-lərdən daha yaxşı olacaq. Ağıllı təyyarəmiz uçan kompüter funksiyasını daşıyacaq. Türkiyənin ilk yerli qırıcısının adını isə prezidentimiz rəsmi tədbirdə açıqlayacaq. "Hürjet" də müəyyən həddə qədər inkişaf edib. Uçmağına az qalıb. Bundan başqa, "Bayraktar TB3" zərbə dronlarımız da test mərhələsini keçdikdən sonra ordunun inventarına daxil ediləcək", - o bildirib.

"Bizim "Kızılelma"mız isə arsenala girdikdən sonra da inkişaf etdiriləcək. "TCG Anadolu"nun Hərbi Dəniz Qüvvələrində təlimləri davam edir, qısa vaxtda yekunlaşacaq", - Demir əlavə edib.

"Bizə 5-6 il verin, "Patriot"lar və S-400-lərdən daha yaxşı sistemləri istehsal edəcəyik", - o hədəfləri elan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər