Təbriz konsulluğumuza qarşı “xəbərdarlıq” edildi

Təbriz konsulluğumuza qarşı “xəbərdarlıq” edildiTəbrizdəki Baş konsulluğumuza qarşı təhlükənin olduğu haqda yazmışdıq: keçmiş Azərbaycan vətəndaşlarının SEPAH-ın dəstəyi ilə yaratdığı “Hüseyniyyun” terror qruplaşmasının addımı İranın konsulluğumuza qarşı təxribatları terror mərhələsinə keçirə biləcəyi gözləntisini daha da artırır.

Burada iki məqam xüsusilə diqqət çəkir:

Birincisi, qruplaşmasının verdiyi bəyanatdır: “Əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”;

İkincisi, İran mediasının qruplaşmanın “etiraz aksiyası”nı “Təbriz gənclərinin İlham Əliyevə xəbərdarlığı” olaraq təqdim etməsidir.

Tehran rejimi konsulluğumuzu “MOSSAD yuvası” kimi təqdim etməklə müdaxiləyə əsas yaradır və istisna deyil ki, mümkün müdaxilə ssenarisi “Təbriz gənclərinin “MOSSAD yuvası”na etirazı” adı altında edilə bilər.

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər