GAK sədri yeni sayt açıb - Qafqazturk.com
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun təsisçiliyi ilə Qafqaza səs salacaq yeni internet resursu - Qafqazturk.com fəaliyyətə başlayıb.
Saytda müxtəlif - Azərbaycan, gürcü, Türk dillərində xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, videmüsahibə, videoreportajlar, habelə digər videolayihələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alacaq.
Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək,
siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.
Qafqazturk.com təkcə bölgəni yox, bütün dünyanı özündə birləşdirəcək. Dünyanın yolları Qafqazturk.com-da kəsişəcək.
Qafqazturk.com-a fəaliyyətində uğurlar arzulayırıq.
Son xəbərlər