Eskişehirdə 31 Mart Soyqırım mövzusunda toplantı keçirilib

Eskişehirdə 31 Mart Soyqırım mövzusunda toplantı keçirilibEskişehir Azərbaycanlılar Dərnəyinin hər həftə tərtib ettiyi Çərşənbə söhbətlərində bu həftə 31 Mart Soyqırım mövzusunda toplantı keçirilib.

Bu barədə Avrasiya.net-ə Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.

Toplantıda Eskişehir Azərbaycanlılar Dərnəyinin kordinatoru Cavid Əmirov 1918-ci ildə yaşanmış olan soyqırım haqqıda geniş məlumatlar verdi.

Cavid bəy çıxışında 1918-ci ilin 30 mart və 2 aprel tarixləri arasında Bakıda və Azərbaycanın bir çox bölgəsində bolşeviklərlə ermənilərin birlikdə törətdiyi qanlı qətliamlardan bəhs edib.

Xüsusilə Bakıda 30 Mart günü bolşeviklərin erməni əsilli komissarı Stepan Şaumyanın göstərişiylə azərbaycanlılara qarşı başladılan soyqırım nəticəsində 15 mindən çox insanın vəhşicəsinə öldürüldüyünü daha sonra bu qətliamların Quba, Şamaxı, Ucar və Qarabağda dəvam etdiyini vurğulayıb.

Bolşevik və erməni birliklərinin xüsusilə acımasızca törətdikləri qətliamlarla Azərbaycan Türklərinin və Bakının müsəlman əhalisinin iradəsini qırmaq, milli düşüncədə olan insanları bolşevizm yalanlarına inandırmaq ən böyük məqsədləri olduğunu ifadə edib.

Toplantının sonunda Cavid Əmirov dinləyicilərin suallarını cavablayaraq çıxısını bitirib.

Toplantıda Dərnək üzvləri, azərbaycanlı tələbələr və Türkiyəli soydaşlarımız iştirak ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər