Sizin Reklam Burada

Fazil Mustafaya sui-qəsd: İran eyni gündə bir neçə ölkədə... - Şok


Fazil Mustafaya sui-qəsd: İran eyni gündə bir neçə ölkədə... - ŞokMartın 28-də İrana bağlı terror qrupları bir neçə ölkədə İsrail vətəndaşları və başqa şəxslərə qarşı terror törətməyə çalışıblar.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasında millət vəkili Fazil Mustafaya qarşı törədilən terrorla eyni vaxtda Yunanıstanın paytaxtı Afinada da İsrail vətəndaşlarına məxsus restoranda terror törətməyi planlaşdıran iki şəxs həbs edilib.

İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar Təşkilatı (MOSSAD) saxlanılan şəxslərin İrandan idarə olunan geniş terror şəbəkəsinin üzvü olduqlarını elan edib.

Məsələ ilə bağlı Yunanıstan polisi açıqlama verib və bildirib ki, iki terrorçunun saxlanılması ilə xaricdən yönləndirilən böyük terror şəbəkəsinin təxribatçı planlarının qarşısını alıb.

“Afina” xəbər agentliyi Yunanıstan polis rəsmilərinə istinadən həbs edilən 27 və 29 yaşlı terrorçuların Pakistan vətəndaşları olduqlarını və İrandan göstəriş aldıqlarını yazıb.

MOSSAD antiterror əməliyyatında əməkdaşlarının rolunu açıqlayıb və bildirib ki, planlaşdırılan terror aktı İran daxilindən yönəldilmiş geniş şəbəkənin bir hissəsi idi.

İsrailin xarici işlər naziri Eli Kohen terror aktının qarşısını vaxtında aldığı üçün Yunanistan hökumətinə təşəkkür edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər