Çeçenistanda atışma olub: Xüsusi xidmət orqanları iki silahlını məhv edib

Çeçenistanda atışma olub: Xüsusi xidmət orqanları iki silahlını məhv edibÇeçenistanın Qudermes şəhərində keçirilən xüsusi əməliyyat zamanı iki yaraqlı cavab atəşi ilə məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov teleqram kanalında məlumat verib.

“Yaraqlıların qarşısı kəsilib və onlara təslim olmaq təklif olunub. Mühasirədən çıxmağa çalışan cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf qumbara atıblar. Hər ikisi cavab atəşi ilə məhv edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslərdən heç kim xəsarət almayıb”, - o yazıb.

Onun sözlərinə görə, cinayətkarların yeri əməliyyat məlumatlarının hazırlanması zamanı müəyyən edilib:

“Sizdən xahiş edirəm ki, quldur dəstəsinin təhlükəsizlik qüvvələrinə qəfil hücumu və bu kimi saxtakarlıqlar barədə şayiələr yaymayın. Cinayətkarlar müəyyən edilərək zərərsizləşdirilib. Qudermes sakit həyat sürür”.

Çeçenistan rəhbəri cinayətkarların məhv edilməsi üzrə uğurlu xüsusi əməliyyata görə ölkənin güc strukturlarının əməkdaşlarına təşəkkür edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər