Ersin Tatar: "Mən üfüqdə yeni bir şey görmürəm"

Ersin Tatar: "Mən üfüqdə yeni bir şey görmürəm"Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar İngiltərə və Kanada ali komissarlarının yunan Kiprinin yeni liderinin seçilməsindən sonra Kıbrıs mövzusunda "yeni bir hərəkətlənmə ehtimalı" fikir mübadiləsi etmək üçün onunla görüşdüklərini bildirib.

Avrasiya.net xəbər verir ki, Ersin Tatar Kıbrıs Türk tərəfi olaraq hər cür xoşməramlı yanaşmaya hazır olduqlarını qeyd edib. KKTC prezidenti lakin bu xoşməramlı yanaşma Kıbrıs Türk tərəfinin yeni siyasətinin “suveren bərabərlik və bərabər beynəlxalq status” üzərində qurulduğunu vurğulayıb.

Ersin Tatar yunan Kiprinin yeni lideri Nikos Christodoulidisin Kıbrıs haqqında "əslində fərqli bir şey söyləmədiyini" ifadə edib: "Mən üfüqdə yeni bir şey görmürəm".

KKTC lideri həm İngiltərə Ali Komissarı İrfan Siddiq, həm də Kanada Ali Komissarı Karine Asselin ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərlə bağlı açıqlamalar verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər