İsraildə böhran: istefalar başladı

İsraildə böhran: istefalar başladıİsrail Baş naziri Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad etməsinin ardınca ciddi siyasi dalğalanmalar yaşanır.

Avrasiya.net xəbər verir ki, İsrailin Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri Qalantın vəzifədən azad edilməsindən sonra ölkə daxilində baş verən etirazlar və vətəndaş iğtişaşlarının İsrail dövlətinin təhlükəsizliyini təhlükə altına aldığını bildiriblər.

İsrailin Nyu Yorkdakı Baş konsulu Asəf Zamir isə bu olaydan sonra Baş nazir Benyamin Netanyahuya etiraz olaraq istefa verdiyini Tvitter hesabında elan edib.

İsrailin Baş Qərargah rəisinin sabiq müavini Yoav Qolan da Tvitterdə “Dünya müxtəlif yerlərində fəaliyyət göstərən səfirliklərdəki bütün İsrail nümayəndələrini dərhal istefa verməyə çağırıram. Qeyri-legitim hökumətə xidmət etməyin” deyə çağırış edib.

Qeyd edək ki, Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır. Bunun ardınca isə bu gün Netanyahu onu istefaya göndərib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər