İsraildə minlərlə insan küçələrə axışdı
Dərc olunub:
27-03-2023, 03:57
İsraildə Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarından sonra etiraz aksiyaları başlayıb.
Axar.az yerli mediaya istinadən xəbər verir ki, yüzlərlə etirazçı Təl-Əvivdə hökumət binaları kompleksinin qarşısına gəlib və nəqliyyatın hərəkətini bağlayıb.
Yollarda tıxac yaranıb.
Digər bir qrup etirazçı həmin ərazidə yerləşən Ayalon şossesinə çıxıb nəqliyyatın hərəkətini dayandırıb.