Baş nazir Marneulidə Novruz bayramına qatılıb

Baş nazir Marneulidə Novruz bayramına qatılıbBaş nazir İrakli Qaribaşvili Marneuli çay evində ağsaqqallarla və ziyalılarla görüşüb.

Görüşdə, hökumət başçısı ağsaqqalları və ziyalıları Novruz bayramı münasibətilə təbrik edib

Tədbirdə, Barışıq və vətəndaş bərabərlikyi üzrə dövlət naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regionlarla Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, Marneuli Şəhər Şurasının sədri Amiran Qiorqadze, millət vəkilləri Zaur Darğallı və Savalan Mirzəyev iştirak ediblər.

Görüşdə dəvətli olan GAK sədri Hüseyn Yusubov çıxış edərək ,qardaş Türkiyə də böyük fəlakət baş verdiyi elə ilk günlərdə Gürcüstan dövlətinin xilasedicilər komandasının zəlzələ bölgəsinə göndərildiyinə görə Baş nazirə təşəkkürünü bildirib.

İ.Qaribaşvili, Türkiyənin bizim üçün strateji portnyor və qardaş dövlət olduğunu ,Erdoğanın çox güclü və milli lider olduğunu, bütün çətinliklərin öhdəsindən qısa vaxtda gələcəyini vurğulayıb.

H.Yusubov, Azərbaycan- Ermənistan sülh danışıqlarının Tibilisidə keçirilməsi təklifinə görə də Baş nazirə, sülh təşəbbüsüilə bağlı da təşəkkür edib.

Konqres sədri eyni zamanda tələbələrimizin təhsil haqqının hazırlıq ilini dövlət tərəfindən ödənməsinin məqsədə uyğun olacağını nəzərə çatdırıb.

Daha sonra H.Yusubov, Qaraçöpdə, yəni 8 kənddə təqribən 30.000 əhali yaşadığını və içməli su problemindən əziyyət çəkdiklərini vurğulayıb. SOGAR-ın rəhbəri Mahir Məmmədov ,əsas su xətlərinin tərəflərindən çəkildiyini bəyan edib.

Küçələrə və evlərə suyun çəkiləcəyinə Baş Nazir söz verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər