Hədəf Türkiyəni parçalamaqdır - Sensasion plan

Hədəf Türkiyəni parçalamaqdır -ABŞ İraqı işğal etməklə “Böyük Kürdüstan” layihəsi yaratmağı qarşısına məqsəd qoymuşdu, məqsəd təkcə Bağdad deyil, həm də Türkiyə, Rusiya və Çin idi.

Avrasiya.net axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli tarixçi Mehmet Perinçək deyib.

"ABŞ-ın İraqa müdaxiləsi və işğalı ölkənin beynəlxalq hüquqa münasibətinin bariz nümunəsidir. İşğal bütünlüklə yalan və qara təbliğat əsasında həyata keçirilib. Qərb mediası işğalı əlverişli şəkildə təqdim etməyə çox çalışıb. ABŞ-ın işğalından 20 gün əvvəl İraqda idim, Səddam Hüseyn rejimi tərəfindən dəvət olunmuşdum, orada bir sıra çıxışlar etdim. Qərb mediasının İraqla bağlı təbliğatının nə qədər vicdansız olduğunu öz gözlərimlə gördüm. ABŞ-ın İraqa müdaxiləsi birqütblü dünya layihəsini həyata keçirmək cəhdi idi. Hədəf təkcə İraq və Səddam Hüseyn hökuməti deyildi. Bu, “Böyük Kürdüstan” layihəsinin tərkib hissəsi olan “Böyük Orta Şərq” layihəsi çərçivəsində 24 ölkənin sərhədlərinin dəyişdirilməsi cəhdi idi. Bu layihə Türkiyə, Rusiya, Çinə yönəlib”, - o bildirib.

Tarixçi hesab edir ki, ABŞ-ın layihəsi həm də bütün Avrasiyanın parçalanması demək idi:

"Liviyada başlayan və Suriyaya yayılan "Ərəb baharı" Rusiya üçün bir növ təhdid siqnalı idi. Layihənin məqsədi Mərkəzi Asiyada ehtiyatlar əldə etməkdir. ABŞ-ın İraqı işğalından sonra Türkiyədə terror aktlarının sayı kəskin şəkildə artıb. Türkiyənin parçalanması həm o zaman, həm də indi Birləşmiş Ştatların hədəfi idi".

Onun sözlərinə görə, ABŞ-ın İraqa müdaxiləsi ilə PKK yenidən oyandı:

"Bu, İŞİD-in yaradılmasına zəmin yaratdı. Məqsəd nəzarət olunan xaos yaratmaq idi. Onu da vurğulamaq lazımdır ki, ABŞ ilk dəfə olaraq sanksiyalar alətindən istifadə etməyə başladı və beləliklə, İraqın işğalına zəmin yaratdı. Türkiyə bunlardan yaxşı dərs çıxartdı, ona görə də indi Rusiyaya qarşı heç bir sanksiyalarla bağlı deyil”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər