Sizin Reklam Burada

“Qərb Avrasiyanı hərbi bloklara bölmək istəyir”

“Qərb Avrasiyanı hərbi bloklara bölmək istəyir”“Qərb Rusiya və Çinin qarşısını almaq üçün Avrasiyanı hərbi bloklara bölmək istəyir, lakin bu cəhdlər baş tutmayacaq”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, Qərb getdikcə hökmranlığını itirərək bütöv ölkələrin və xalqların taleyini təhlükə altına qoyur:

“Eyni zamanda, Qərbin təhrik etdiyi və körüklədiyi Ukrayna böhranı bu gün ən diqqət çəkən məqamdır, lakin heç bir halda beynəlxalq aləmdə hökmranlığı və birqütblü dünya nizamını saxlamaq niyyətlərinin yeganə təzahürü deyil. NATO-nun Asiya-Sakit okean regionuna nüfuz etmək məqsədi ilə öz fəaliyyətinə qlobal miqyas verməyə çalışdığını anlamamaq mümkün deyil.

Bəzi qüvvələr israrla ümumi Avrasiya məkanını ölkələrimizin inkişafını cilovlamağa və onların maraqlarına toxunmağa yönəlmiş “eksklüziv klublar” və hərbi bloklar şəbəkəsinə bölməyə çalışırlar. Ancaq buna heç kim nail ola bilməyəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər