"Zaporojye vilayətində əhali məcburi olaraq pasportlaşdırılır”

"Zaporojye vilayətində əhali məcburi olaraq pasportlaşdırılır”“Müvəqqəti işğal olunmuş Zaporojye vilayətində əhali məcburi olaraq pasportlaşdırılır”.

Bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, Tokmak şəhərində Rusiyanın FTX əməkdaşları bu ölkənin pasportunu almaqdan imtina edən Ukrayna yerli vətəndaşlarını onların övladlarını həbsxanaya atacaqları ilə hədələyirlər:

“Həmçinin valideynlər Zaporojye vilayətinin Vasilivka bölgəsinə deportasiya olunmaqla təhdid edilirlər”.

Məlumatda, həmçinin bildirilib ki, müdafiə qüvvələrinin aviasiyası gün ərzində qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 7 zərbə endirib:

“Raket qoşunları və artilleriya bölmələri son sutkada düşmənin 3 idarəetmə məntəqəsini, şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi 2 ərazini, 2 radiolokasiya stansiyasını, həmçinin yanacaq-sürtkü materialları anbarını vurub”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər