Azərbaycanlı müəllim Tehranda həbs edildi

Azərbaycanlı müəllim TehrandaƏslən Güney Azərbaycanın Muğan bölgəsindən olan ictimai fəal, müəllim Zeynəb Həmrəng Seyidbəyli Tehranda İranın təhlükəsizlik qüvvələrinin məmurları tərəfindən həbs edilib.

Avrasiya.net “GünAzTV”yə istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Zeynəb Həmrəng Seyidbəylinin saxlanıldığı yer, həbsinin səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb.

Bildirilib ki, o, müəllimlərin hüquqlarını müdafiə edən təşkilatın fəal üzvlərindən biridir. Zeynəb Həmrəng Seyidbəyli təhsil işçilərinin hüquqlarının qorunması tələbilə etiraz aksiyalarında iştirak etdiyi üçün əvvəllər də polis və təhlükəsizlik qurumları tərəfindən saxlanılıb.

Qeyd olunub ki, Güney azərbaycanlı ictimai fəal müəllim 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi. O, “ölkənin təhlükəsizliyinə qarşı aksiyalar təşkil etməkdə” ittiham olunaraq 5 il, “hökumətə qarşı təbliğat aparmaq” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum olunmuşdu. Zeynəb Həmrəng Seyidbəyli 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər