Türkiyədən Rusiyaya sürpriz mesaj: “İmtina edə bilərik”

Türkiyədən Rusiyaya sürpriz mesaj:Türkiyənin ərazisini müdafiə etmək üçün Rusiyanın S-400 raket sistemlərinə ehtiyacı olmaya bilər, çünki öz silahları getdikcə bu rolu üzərinə götürür.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Aselsan” hərbi şirkətinin rəhbəri Haluk Qorqun deyib.

Onun sözlərinə görə, Türkiyə özünün 100 kilometrədək hədəfləri vura bilən “Siper” raket əleyhinə müdafiə sisteminin yaradılması üzərində işləyir.

“Biz öz hava hücumundan müdafiə sistemlərimizi hazırlayırıq. Bizə S-300 və ya S-400 lazım olmaya bilər. Bu sahədə olan ehtiyacı aradan qaldırırıq, bu, bizim borcumuzdur”, - Qorqun bildirib.

“Aselsan” dronlardan tutmuş döyüş təyyarələri və döyüş gəmilərinə qədər Türkiyənin iddialı müdafiə sənayesi layihələrində iştirak edir. “Blumberq” agentliyi yazır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili hərbi güclə dəstəklənən getdikcə daha iddialı xarici siyasət yürüdür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər