Çərşənbələri zamanı 15 nəfər ölüb
Dərc olunub:
14-03-2023, 13:14
İranda Novruz çərşənbələri zamanı 15 nəfər ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ölüm hallarının 7-si Təbrizdə, 4-ü Tehranda, 2-si Həmədanda, 1-i Urmiyada, 1-i isə Qəzvində qeydə alınıb.
Bundan əlavə, çərşənbələrdə 357 nəfərin yaralandığı bildirilib.
Son xəbərlər
