SEPAH Azərbaycanı təhdid etdi

SEPAH Azərbaycanı11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 kilometr məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. İranın təxribatı ilə əlaqədar Azərbaycan tərəfi Tehrana etiraz notası göndərib.

Modern.az xəbər verir ki, İran İslam Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında edilən paylaşımda Azərbaycana qarşı təxribata yol verildiyini gizlətməyiblər. Bu azmış kimi SEPAH Azərbaycanın ünvanına təhdidlər yağdırıb.

"Bu, sizə qarşı xəbərdarlıq idi, bacarırsınızsa, siz də bizim hava sahəmizdə uçun", - deyə SEPAH-a məxsus olduğu bildirilən "Telegram" kanalında qeyd olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər