"Odla oynayan İranın gələcəyi yoxdur"
İran təyyarəsinin Azərbaycanın hava sərhədlərini pozması faktı yalnız beynəlxalq hüququn pozulması deyil. Bu həm də dinc qonşuluq prinsiplərinə, islami dəyərlərə zərbədir.
Bunu "Xalq Cəbhəsi"nə ekspert Əkrəm Bəydəmirli deyib.
Qeyd edib ki, əslində İranın antiislam siyasəti uzun illərdir ki, davam edir.
İran işğalçı dövlət olan, islam dininə aid bütün ibadətgahları dağıdan Ermənistanın köməyinə çatır, ermənilərə qucaq açır. Azərbaycana qarşı isə düşmənçilik siyasəti həyata keçirir. Bu qəbul olunmaz haldır:
"Odla oynayan bu dövlətin gələcəyi yoxdur. İslam sivilizasiyası, islam dini separatizmi, riyakarlığı, qəddarlığı, terrorizmi, zalıma mərhəməti qəbul etmir. Ona görə İran normal qonşuluq ənənələrinə, islami dəyərlərin ehtiva etdiyi prinsiplərə riayət etməlidir. Əks təqdirdə bu rejim öz sonunu yaxınlaşdıracaq. Anti-Azərbaycan siyasəti həyata keçirən İranın törətdiyi təxribatlara görə ağır zərbə alacağı şübhəsizdir. Hər zaman təkmilləşən, güclənən, peşəkar Azərbaycan Silahlı Qüvvələri istənilən xarici təcavüzün qarşısını almağa qadirdir. Bunu həm dostlar, həm də düşmənlər anlamalıdırlar".
Son xəbərlər
