"Baxmut şəhərində Rusiyanın 1 100 əsgəri məhv edilib"

"Baxmut şəhərində Rusiyanın 1 100 əsgəri məhv edilib"Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiyanın 1 100 əsgəri məhv edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski qeyd edib ki, düşmən Baxmut uğrunda döyüşlərdə çoxsaylı itkilər verib.

"Bunlar Rusiyanın bərpaolunmaz itkiləridir, məhz Baxmut yaxınlığında. Üstəlik, düşmənin onlarla texnikası məhv edilib. Rusiyanın 10-dan çox silah-sursat anbarı yandırılıb", - Ulrayna Prezidenti deyib.

Martın 7-də isə bildirilib ki, Baxmut şəhərində Rusiya Ukraynadan 5 dəfə çox hərbçi itirib. NATO-nun adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri də Baxmutda xeyli itki verir.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər