"Seçkilərdə Ərdoğanın qalib gəlməsinə üstünlük veririk"

"Seçkilərdə Ərdoğanın qalib gəlməsinə üstünlük veririk"Dünən Türkiyənin Ali Seçki Şurası ölkədə prezident və parlament seçkilərinin mayın 14-nə təyin edilməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarı təsdiqlədi. Türkiyənin rəsmi mətbu orqanı, hökumət qəzeti sayılan “Resmi Gazete”də dərc olunan bu qərardan sonra qardaş ölkədə seçki kampaniyasının başlamış olduğunu artıq əminliklə deyə bilərik.

Bəzilərində ciddi şübhə vardı ki, Ərdoğan Qəhrəmanmaraş mərkəzli dağıdıcı zəlzələnin ağır nəticələrini bəhanə kimi istifadə edərək seçkilərin vaxtını ertələyəcək. Lakin Ərdoğan belə bir spekulyativ və qərəzli təxminlərin, proqnozların hamısını yalanladı, alt-üst etdi və öncədən də bəyan etdiyi kimi seçkilərin mayın 14-nə təyin edilməsi təklifinin üzərində dayandı. Artıq seçkinin günü də, qaydaları da, əsas namizədləri də tam bəllidir. Qardaş ölkə üçün xeyirli-uğurlu olsun.

Azərbaycan siyasilərinin, yerli mediamızın və sosial şəbəkə istifadəçilərimizin Türkiyədəki seçkilərə yüksək həssaslıq və diqqət göstərməsi isə tamamilə anlaşılandır. Çünki biz bir millət, iki dövlətik. Odur ki, bəzilərinin Kamal Kılıcdaroğluna tərəfkeşlik etməsi, digərlərinin isə hazırkı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı qızğın şəkildə dəstəkləməsi qayət normaldır.

Bəziləri mövqesizlik və ifrat tərəfsizlik göstərərək Azərbaycan insanının bu seçkilərdə namizədliyi irəli sürülən liderlərə münasibətdə neytrallıq göstərməli olduğunu bildirir. Lakin bu düzgün yanaşma deyil. Hətta Fransada keçirilən seçkilərə belə neytrallıq sərgiləməyən azərbaycanlıların indi qardaş ölkədə startı verilən taleyüklü seçkilərin favoritlərinə qarşı seyrçi qalmasını təklif etmək gerçəkdən də absurddur.

Biz Milli Həmrəylik Partiyası olaraq şəxsən bu seçkilərdə Ərdoğanın qalib gəlməsinə üstünlük veririk. Çünki o, qarşıdakı dönəmdə həm Türkiyənin bir dünya gücünə çevrilməsi yolunda başlatdığı işləri tamamlamalıdır, həm də Qarabağda tam suverenliyimizin bərpa olunması istiqamətində Ərdoğanın real dəstəyi bizim üçün çox vacibdir.

Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyəyə çatması üçün çox iş görüb. Lakin "Altılı masa" deyilən siyasi blokun namizədinin isə bu kursu eyni temp və eyni səmimiyyətlə davam etdirəcəyindən əsla əmin deyilik.

Türkiyə və Azərbaycanın bölgədə hakim mövqeyinin möhkəmləndirilməsi missiyasını yalnız Ərdoğan-Əliyev tandemi ən mükəmməl şəkildə gerçəkləşdirə bilər. Hesab edirik ki, indiki mürəkkəb və təlatümlü geosiyasi durumda Ərdoğanın qələbəsi Türk dünyası üçün də çox vacibdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər