“Rusiya Moldovada hökuməti devirməyi planlaşdırır” - Kirbi

“Rusiya Moldovada hökuməti devirməyi planlaşdırır” - KirbiSon günlər Kişinyovu silkələyən hökumət əleyhinə mitinqlər Rusiyanın Kremlə sadiq yerli Şor partiyası tərəfindən həyata keçirilən planının bir hissəsidir.

APA CNN-ə istinadən verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, etirazların son məqsədi ölkənin qanuni hakimiyyətini devirməkdir.

“Moldova Avropaya inteqrasiyanı davam etdirdiyi bir vaxtda Rusiya hökuməti onu zəiflətməyə çalışır. Onların məqsədi mülki əhali ilə polis arasında süni şəkildə toqquşmalara səbəb olmaq və dövlət çevrilişinə zəmin yaratmaqdır”, - deyə Kirbi bildirib.
Ətraflı

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru qeyd edib ki, Rusiya Moldovada yeni etirazlar planlaşdırır.

O əlavə edib ki, Kreml Maya Sandu hökumətinin əvəzinə Moldovanın başına rusiyayönlü administrasiyanı qoymaq istəyir.

Prezident Co Bayden administrasiyası da hesab edir ki, Moskva Moldova daxilində qeyri-sabitlik barədə dezinformasiya yaymağa çalışır.

Onlar Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Dnestryanı işğal etməyi planlaşdırdığı barədə bəyanatını hesab edirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər