Tbilisiyə zərbələr endiriləcək - Simonyan TƏHDİD etdi

Tbilisiyə zərbələr endiriləcək -Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyan Gürcüstanı təhdid edib.

Avrasiya.net xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

"2008-ci ilin avqustu təkrarlansa, Gürcüstanla bağlı heç kim təlaşa düşməyəcək və oraya heç kim qoşun yeritməyəcək. Sadəcə olaraq, seçim etmədən birbaşa Tbilisiyə zərbələr endiriləcək", - deyə Simonyan bildirib.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər