"Gürcü Arzusu" xalq qarşısında toyuq vəziyyətinə düşdü
"Xarici agent" qanunu qəbul edən özləri isə ən yekə agentlər olan "Gürcü Arzusu"nun xalqın təzyiqi ilə qəbul etdikləri urvatsız qanunu bir gündən sonra urvatsızcasına geri götürmələri bu hakimiyyətin nə qədər düşük, yararsız, keyfiyyətsiz və savadsız uşaq yığnağından ibarət olduğunu bir daha sübut etdi.
Bunu Avrasiya.net-ə Gürcüstan Naminə Siyasi Partiyasının sədri Fazil Əliyev deyib.
O, qeyd edib ki, Gürcüstan türklərinin üzərində əzrayıl rolu oynayan faşist "Gürcü Arzusu" iqtidarı gürcü xalqı qarşısında toyuq vəziyyətinə düşdü: "Xalq yenidən ayağa qalxmalı təkrar növbədənkənar demokratik parlament seçkiləri keçirilməli, legitim normal bir hakimiyyət qurulmalıdır. Nəinki Rusiyanın, Fransanın, ermənilərin sintezindən ibarət olan anormal və qeyri adekvat bir hakimiyyət. "Biz xristian olaraq... (erməni və gürcülər) Avropaya gedəcəyik" deyən faşist "Gürcü Arzusu"nun yeri hakimiyyət yox zibil yeşikləridir, bizim kukla millət vəkillərinin tamadalığı ilə. Yaşasın növbədənkənar demokratik Prezident, Parlament seçkiləri! Rədd olsun teokratik və erməni polkovniklərin idarə etdiyi Oçneba diktatura hakimiyyəti!".
Son xəbərlər
