Gürcüstan Prezidenti hakimiyyətə çağırış edib: “Bu, son şansdır”

Gürcüstan Prezidenti hakimiyyətə çağırış edib:“Hakimiyyəti “xarici agentlər haqqında” qanun layihəsinin qəbuluna etiraz edənlərə qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıram”.

“Report” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib.

“Bu, onların qeyri-rəsmi rusiyayönlü qüvvə olmadıqlarını nümayiş etdirmək üçün son şansdır. Bu, onların Avropayönlü olmağın boş sözlər deyil, məqsədləri olduğunu göstərmək üçün son şansdır. Hər cür güc tətbiq etməkdən çəkinsinlər, mənim onlara buradan müraciətim budur”-deyə, o bildirib.

Qeyd edək ki, son bir neçə gündür “xarici agentlər haqqında” qanunun qəbulu ilə bağlı Gürcüstanın paytaxtı Tbilisi şəhərində etiraz aksiyası keçirilir. Etirazçılar qanunun ləğvini istəyirlər.

Qanuna əsasən qeyri-kommersiya hüquqi şəxsləri və kütləvi informasiya vasitələri gəlirlərinin 20%-dən çoxu xaricdən gəlirsə, xarici agent statusu alacaqlar. Belə təşkilatlardan xarici agent kimi qeydiyyatdan keçmələri tələb olunacaq və imtina edildikdə onlar cərimələnəcəklər. Onlardan hər il öz xərcləri barədə hesabat tələb olunacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər