"Biz Xristianlıqla Avropaya doğru irəliləyəcəyik"
"Biz Xristianlıqla Avropaya doğru irəliləyəcəyik! Biz Avropaya doğru suverenliklə irəliləyəcəyik! Biz Avropaya doğru ləyaqətlə irəliləyəcəyik".
Bunları hakim "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze partiyanın mərkəzi qərargahında keçirdiyi brifinqdə söyləyib.
“Dünən Tbilisidə, əminəm ki, həmvətənlərimizin böyük əksəriyyəti üçün xoşagəlməz hadisələr baş verdi. Radikal müxalifət və onun mediası ictimaiyyətin böyük bir hissəsini parlamentin qəbul etdiyi Amerika qanununun Rusiya qanunu olduğuna inandırdı və bu, dünən insanlarda səmimi ehtiras doğurdu, lakin həmişə olduğu kimi, radikal müxalifət bu səmimi ehtirasdan istifadə edərək öz niyyətlərini - siyasi məqsəd və vəzifələrini həyata keçirməyə çalışdı.
Radikal müxalifət tərəfdarları tərəfindən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı görünməmiş zorakılıqlar qeydə alınıb. Əgər 2012-ci ilə qədər “Milli Hərəkat”ın göstərişi ilə asayiş keşikçiləri aksiya iştirakçılarına və Xalq Müdafiəçisinə qarşı zorakılıq edirdisə, dünən həmin “Milli Hərəkat”ın göstərişi ilə aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına və Xalq Müdafiəçisinə qarşı kobud rəftar ediblər. Bu fakt bir daha xatırladır ki, bu insanlar harda - iqtidarda, müxalifətdə olurlarsa olsunlar, heç vaxt öz təbiətlərini dəyişməyəcəklər.
Dünən qanunu kobud şəkildə pozan, zorakılıq törədən hər kəsin qanun çərçivəsində cavab verməsi vacibdir. Dünən kiçik də olsa xəsarət alan hər bir dinc etirazçıya ürək ağrımızı bildiririk. Dünən göstərdiyi səbrə və insan hüquqlarının ən yüksək standartı ilə hərəkət etdiyinə görə hər bir polis əməkdaşına, hüquq-mühafizə orqanlarının əməkdaşına təşəkkür edirik" , - deyib İrakli Kobaxidze.
İqtidar lideri ötən gün Parlamentin qəbul etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin cəsusluğa aidiyyatı olmadığnı vurğulayıb.
"Əvvəla, bir daha qeyd edək ki, parlamentin birinci oxunuşda qəbul etdiyi qanun layihəsində casusluq fəaliyyətinə aidiyyatı yoxdur. Qanun layihəsində yalnız konkret təşkilatların - gürcü xalqının və ya xarici dövlətin kimin vicdanlı və ya vicdansız məqsəd və vəzifələrinə xidmət etdiyi aydınlaşdırılır" , - deyə İrakli Kobaxidze qeyd edib.
Son xəbərlər
