"Vaqner" rəhbəri ilə Sergey Şoyqu arasında gərginlik var"

"Vaqner" rəhbəri ilə Sergey Şoyqu arasında gərginlik var"“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik var”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun bu günlərdə Ukraynadakı təmas xəttinə səfəri barədə video yayılıb: “Videonu Rusiya Müdafiə Nazirliyi yayıb. Daha əvvəl Priqojin də cəbhə xəttində olmuş, döyüşçülərlə görüşmüşdü. Çox güman, Şoyqunun səfəri və onun yayılan videosu Priqojinə cavabdır”.

Məlumata görə, həmin videodan başa düşülür ki, Şərq Hərbi Dairəsinin komandiri, general- polkovnik Rüstəm Muradov da Şoyqu ilə birlikdə təmas xəttində olub: “Muradov Donetsk vilayətinin Uqledar istiqamətindəki duruma cavabdehdir. Son üç ayda bu istiqamətdə bir neçə uğursuz hücum olub”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötön il fevralın 24-də başlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər