star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Molla rejiminin XİN sözçüsü Nizami Gəncəviyə də dil uzatdı

Molla rejiminin XİN sözçüsü Nizami Gəncəviyə də dil uzatdı“Fars dili eşq və ürfan dilidir. Bunda həkim Nizaminin (Nizami Gəncəvi nəzərdə tutulur – red.) böyük yeri var. Onunla müqayisə olunacaq çox az şair tapmaq olar. Nizaminin fars dilində “Xəmsə”si, xüsusilə “Fərhad və Şirin”, “Leyli və Məcnun” və “7 gözəl” əsərləri eşq mövzusunda rəqibsiz nümunələrdir. Bu ədəbiyyatın kökləri onun şəxsi inamından bəslənir”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani “Nizami həftəsi”nin açılış mərasimində çıxış edərkən deyib.

Absurd və həddini aşan açıqlamalar verən Kənani iddia edib ki, Gəncə guya “İran şəhəri”, Nizami isə “fars zadəganlarından olan İran şairi”dir.

Getdikcə həyasızlaşan molla rejiminin təmsilçisi əsərlərində belə Azərbaycan türkü olduğunu qeyd edən, ”gözəl ilə böyüyə türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan” deyən dahi şairimizin həmin dövrdə ədəbi dil olan farsca yazmasından istifadə edərək N.Gəncəvinin milli kimliyini də saxtalaşdırmağa cəhd edir.

“Bununla belə, başqa istiqamətlərdə də Nizaminin eşqini müşahidə etmək olar. O, vətən aşiqidir. Onun vətən eşqi də bənzərsizdir. Bu fars doğumlu, bəlağətli şair İran muhiti olan Gəncə şəhərində doğulsa da, ürəyi ata yurdu Əcəm İraqında olub” – deyə, Kənani sayıqlıyıb.

azpolitika.info

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər