star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İranın atomu: uran hazırdır, qaldı raketə yerləşdirmək

İranın atomu: uran hazırdır, qaldı raketə yerləşdirməkİran uranı raket başlığına yerləşdirilə biləcək səviyədə zənginləşdirib.

Bu sözləri Axar.az-a tanınmış rusiyalı siyasi şərhçi Sergey Markov İranın uranı 84% zənginləşdirməsi haqda yayılan məlumatı şərh edərkən deyib.

O bildirib ki, proses uranın lazım olan həddə zənginləşdirilməsi ilə yekunlaşmır, həm də onu raketə düzgün yerləşdirmək tələb olunur:

“Atom bombası balaca fabrikdir. O balaca məkanda partlayış baş verir. Uran elə güclü sıxılmalıdır ki, davamlı olaraq zəncirvari nüvə reaksiyası getsin. Nüvə partlayışı da elə budur. Bu, kifayət qədər mürəkkəb texnologiyadır. O ki qaldı zənginləşdirilmiş urana, bu, təkcə texnologiya deyil, həm də siyasi iradə məsələsidir. Uranın zənginləşdirilməsi çoxlu sayda sentrafuqalarda baş verir. Bu, fırlanan, paltaryuyan maşına bənzəyən bir avadanlıqdır. Fraksiyalar (distillə edilən maye qatışığının ayrıldığı hissəciklər) çökür, fırlanma vasitəsi ilə ayrılır. Yüksək həddə zənginləşdirilməsi üçün çoxlu belə sentrafuqalar lazımdır.

Beləliklə, uranı zənginləşdirmək üçün bunlara ehtiyac var: əldə olunan texnologiyaların inkişaf edilməsi, çoxlu sayda sentrafuqalar və siyasi iradə. Heç bir şübhə yoxdur ki, İran artıq bunu əldə edib”.

O, həmçinin, Rusiyanın İrana nüvə silahı yaratmaqda kömək etməsi məsələsinə də toxunub:

“Çox güman ki, bu kömək yoxdur. Bu, Rusiyanın hələ ki, təhdididir - İsrailə, Səudiyyə Ərəbistanına, Ərəb Əmirliyinə və qismən də Türkiyəyə ünvanlanan təhdid. Onlar bilirlər ki, Kiyevi çox aktiv dəstəkləsələr, İranın nüvə silahı əldə etməsi ilə bağlı etirazlarını Rusiya iqnor edəcək. Amma onlar Rusiyanın ABŞ və Avropa Birliyinin sanksiyalarından yan keçməyinə kömək etsələr, İranın nüvə silahı əldə etməsinə köməklik edilməyəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər