Kılıcdaroğlu Ərdoğanın önündə dura biləcəkmi?

Kılıcdaroğlu Ərdoğanın önündə dura biləcəkmi?“Altılı masa” Akşənərin dönüşündən sonra Kamal Kılıçdaroğlunu vahid namizəd seçdi: bu seçimin nə qədər uğurlu olması mübahisəlidir, çünki CHP-lilər arasında belə onun qalib gələcəyinə şübhə ilə yanaşanlar, Mansur Yavaş və ya Əkrəm İmamoğlunu gələcək lider olaraq görənlər var. Akşənərin Yavaş və İmamoğlu şərti ilə masaya qayıtması da əslində Kamalın bir lider kimi nüfuzuna zərər vuran amildir.

Avrasiya.net xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.

“Ərdoğan iqtisadi problemlər, zəlzələ və uzun müddət hakimiyyətdə olma ilə nə qədər “qan itirsə” də Kılıçdaroğluna məğlub olacağı ehtimalı zəif görünür, daha doğrusu, mövcud şəraitin hakimiyyətə gəlmək imkanı yaratmasına baxmayaraq, Kılıçdaroğlunun namizədliyi müxalifətin şansını azaldır”.

Qeyd edək ki, İYİ Partiyasının sədri Maral Akşənər İstanbul və Aknaranın bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşın vitse-prezident vəzifəsinə namizədliyinin qəbul edilməsi şərtilə “Altılı masa”ya qayıdıb. Bunun ardınca isə CHP lideri Kamal Kılıcdaroğlu “Altılı masa”nın prezidentliyə vahid namizədi olduğu elan edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər