İranda daha 6 nəfər ölüm cəzasına məhkum edilib

İranda daha 6 nəfər ölüm cəzasına məhkum edilibİranın Əhvaz şəhərindəki İnqilab Məhkəməsi 6 nəfər ölüm cəzasına məhkum edib.

APA xəbər verir ki, bu barədə “Tasnim News“ agentliyi bildirib.

Agentliyin verdiyi məlumata əsasən, həmin şəxslər “Bəsic” qüvvələrinin iki üzvünü, həmçinin bir polis və bir hərbçini öldürməkdə təqsirli biliniblər.

Barəsində ölüm hökmü çıxarılmış 6 nəfər “Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatının” üzvləridir.


Həmçinin əlavə olunub ki, təşkilat 1999-cu ildən İranın Xuzistan əyalətində fəaliyyət göstərir.

İranda həyata keçirilmiş bir sıra partlayışlardan, həm hərbi, həm də mülki hədəflərin atəşə tutulmasından sonra “Əhvazın Azadlığı Uğrunda Ərəb Hərəkatı” terror təşkilatı kimi tanınıb.

Onların məqsədi Xuzistan əyalətini İrandan ayrılaraq orada ərəb dövləti yaratmaqdır.

Hərəkatın baş qərargahı Danimarka və Niderlanddadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər