Türkiyədəki seçkilərin nəticələri bəllidir - "Hürriyyət"

Türkiyədəki seçkilərin nəticələri bəllidir - "Hürriyyət"Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bəzi dairələri müxalifətdəki qarşıdurma fonunda ölkədə mayın 14-də keçirilməsi planlaşdırılan ümumi seçkilərin nəticələrinin əvvəlcədən bəlli olduğu qənaətindədir.

Bu barədə "Hürriyət" qəzetində bildirilib.

Qeyd olunub ki, Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdə böyük fərqlə yenidən qalib gələcək.

"AKP-də seçkilərin lehinə çevrildiyinə dair ümumi bir fikir var. Prezident Ərdoğanın indiyə qədər aldığından daha çox səslə seçiləcəyi güman edilir. Mən də belə insanlarla rastlaşdım: "Nəticə artıq bəllidir”. Ümumi tendensiya prezident seçkilərinin birinci turda başa çatmasıdır”, - hökumət dairələrinə yaxın olan “Hürriyət”in köşə yazarı Əbdülqadir Selvi vurğulayıb.

Qeyd edək ki, İYİ lideri Maral Akşənər Türkiyənin altı müxalifət partiyasının alyansından çıxıb. Buna səbəb isə beş partiyanın prezidentliyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürməsi olub. İYİ Partiyası İstanbul və Ankara bələdiyyə sədrlərinin namizədliyini müzakirə etmək istəyib.

İki gün öncə isə müxlifət "Beşli masa" qurub və namizədini bu gün elan edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər