Sizin Reklam Burada

Akşener “Altılı masa”ya bu şərtlə qayıdacaq

Akşener “Altılı masa”ya bu şərtlə qayıdacaq“Altılı masa”dan mən qalxmadım, qaldırıldım.

Modern.az xəbər verir ki, bunu Türkiyənin müxtəlif koalisiyasını tərk edən İYİ partiyasının sədri Meral Akşener deyib.

O bildirib ki, CHP lideri Kamal Kılıçdaroğlu İmamoğlu və ya Mansur Yavaşdan birinin namizəd olmasına razılıq verərsə, masaya qayıdacaq.

Qeyd edək ki, “Altılı Masa” vahid namizədin müəyyən edilməsi ilə bağlı rəsmi bəyanat verib. Lakin namizədin kimliyi hələlik açıqlanmayıb. Buna baxmayaraq, siyasi ittifaqın vahid namizədinin Kamal Kılıçdaroğlu olduğu barədə hakim rəy mövcuddur. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.

İYİ Partiya idarə heyəti Kılıçdaroğlunun namizədliyinin qəbul edilməməsi barədə qərar verib, daha sonra isə sədr Meral Akşener "Altılı Masa"nı tərk etdiklərini elan edib.

Ötən gün Səadət Partiyanın sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi görüşə CHP lideri Kamal Kılıçdaroğlu, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu, Demokrat Partiyasının lideri ‎Gültekin Uysal qatılıblar.

Namizədin sabah keçirilməli olan növbəti toplantıda elan olunması gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər