6 aya Ukraynaya qırıcılar verilməlidir - Pavel
Dərc olunub:
2-03-2023, 08:27
NATO minimum yarım il ərzində Ukraynaya qırıcılar verməlidir.
Bu barədə Çexiya Prezidenti Petr Pavel deyib.
“Perspektivdə Ukraynaya qırıcılar da verilməlidir. Əgər belə qərar verilərsə, o zaman onun icrasına yarım il, yaxud daha çox vaxt gedə bilər. Belə ki, mütəxəssislərin, hava və yer heyətinin hazırlanması gərəkdir”, - deyə o bildirib.