Sizin Reklam Burada

Millət 14 mayda lazım olanı edəcək - Ərdoğandan seçki açıqlaması

Millət 14 mayda lazım olanı edəcək - Ərdoğandan seçki açıqlaması"Həqiqətən də Türkiyə bir növ zəlzələ fırtınasına tutulub. Zəlzələ qış şəraitində 14 milyon insana təsir edib. Dağılmış, təcili sökülməli, ciddi ziyan dəymiş 203 958 bina var. Yalnız dağılmış binaların sayı 31 mindir. 468 031 yeni ev tikəcəyik".

"TRT Haber" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, seçkilərdən də danışıb: "Bu millət 14 mayda nə lazımdırsa, onu da edəcək. Məhkəmə vasitəsilə, inzibati-siyasi yollarla hesabat istəmək də bizim borcumuzdur".

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb. Malatyada da 5.6 ballıq daha bir zəlzələ baş verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər