Sizin Reklam Burada

İranın ali rəhbərinin yaxın qohumu mülklərini sataraq pullarını xaricə çıxarıb

İranın ali rəhbərinin yaxın qohumu mülklərini sataraq pullarını xaricə çıxarıbİranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin yaxın qohumu ölkədəki mülklərini sataraq pullarını xaricə çıxarıb.

“Report” “Azadİran”a istinadən xəbər verir ki, bunu İranın tanınmış jurnalisti Fərəhmənd Əlipur tviter səhifəsində yazıb.

O bildirib ki, S.Ə.Xameneinin oğlu Məsud Xameneinin qaynı və əntiq mallar, antikvar sahəsində məşhur iş adamı Sadiq Xərrrazi son bir neçə ayda ölkədəki mülklərini sataraq pullarını Braziliya banklarına köçürüb.

F.Əlipurun yazdığına görə, S.Xərrazi bundan öncə də öz dostlarına ölkədə müharibə ehtimalının yüksək olduğunu söyləyərək pullarını İrandan çıxarmağı tövsiyə edib.

Qeyd edək ki, S.Xərrazi “İran diplomatiyası” saytının təsisçisidir.

Xatırladaq ki, İranın ali rəhbərinin Müctəba, Mustafa, Məsud və Meysan adlı 4 oğulu, Boşra və Xoda adlı 2 qızı var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər